...

Payızın ortalarınadək Azərbaycanda iki yeni regional hava limanı işləməyə başlayacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Aprel 2008 15:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 aprel/ Trend müxbir S.Əliyev/ Azərbaycanın Lənkəran və Zaqatala rayonlarındakı yenidən qurulmuş hava limanlarını bu ilin iyun-oktyabrında istismara vermək planlaşdırılır. Bu barədə bazar ertəsi AZAL Dövlət Konserni Baş direktorunun birinci müavini Sabir İlyasov məlumat verib.

Lənkəran hava limanı Azərbaycanın cənub, Zaqatala isə şimal-qərb regionunda yerləşir.

Lənkəran hava limanının yenidən qurulmasının qiyməti $51,1 mln., Zaqatala isə $27,5 mln. qiymətləndirilir. Yenidənqurma işləri başa çatdıqdan sonra AZAL bu iki istiqamət üzrə Bakıdan uçuşların həyata keçirilməsinə başlayacaq.

Uçuşlar Fransanın ATR şirkətindən alınan təyyarələrlə həyata keçiriləcək. Hazırda Azərbaycanda bu markalı iki təyyarəni istismar edirlər, avqustadək daha dörd təyyarə alınacaq.

İstismar edilən iki təyyarə həm respublikadaxili (Bakı-Naxçıvan və Bakı-Gəncə), həm də onun sərhədlərindən kənar marşrutlar (Bakı-Tbilisi, Bakı-Tehran, Bakı-Minvodı, Bakı-Aktau) üzrə reyslər həyata keçirirlər.

Hava limanlarında yenidənqurma həm dövlət büdcəsi həm də Dövlət Konserninin vəsaitləri hesabına (yeni avadanlığın alınması və quraşdırılması) həyata keçirilir. Bu il Lənkəran hava limanında yenidənqurmaya dövlət büdcəsindən $17,8 mln. , Zaqatalaya - $10,4 mln. vəsait ayrılıb. Gələcəkdə Lənkəran hava limanından beynəlxalq reyslərin həyata keçirilməsi mümkündür.

AZAL ATR markalı təyyarələr buraxan Fransa şirkətində iki ATR - 42 -500S və dörd ATR - 72 -500S təyyarəsinin alınması üçün sifariş yerləşdirib. Müqavilənin ümumi dəyəri təqribən $97,2 mln-dır.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti