...

Alman bankı Azərbaycanda dəmir yolu layihəsinin maliyyələşdirilməsi üçün genişləndirilmiş kredit təklif edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Aprel 2008 18:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 aprel/ Trend müxbir İ.Xəlilova/ Alman İnkişaf Bankı KfW ilk dəfə olaraq Azərbaycana ölkənin dəmir yolu magistralının yenidən qurulması üçün $500 mln. məbləğində genişləndirilmiş kredit təqdim edəcək. Bu barədə Azərbaycanın Nəqliyyat Nazirliyindən məlumat veriblər. Bank alman hökuməti ilə birgə maliyyələşdirmə təklif edir.

KfW Azərbaycan hökumətinə təkliflərində tədarükün 30 faizinin Almaniyadan, qalan 70 faizinin isə (vaqonlar, relslər) Rusiya və digər ölkələrdən həyata keçirməyə hazır olduğunu ifadə edib.

Alman bankı ehtiyatlarda məhdudlaşdırmır. Belə ki, KfW layihəni kommersiya şərtləri əsasında maliyyələşdirmək niyyətindədir. Hökumətdə danışıqlardan asılı olaraq libor dərəcəsinin marjasız ola biləcəyini istisna etməyiblər. Ölkə hökuməti bankın təkliflərini nəzərdən keçirməyə hazır olduğunu bildirib.

O, 1,252 mlrd. manat dəyərində dəmir yolu infrastrukturunun təkmilləşdirilməsi Dövlət proqramının təsdiqindən sonra, bu istiqamətdə maliyyələşdirmə mənbələri üzrə öz mövqelərini konkertləşdirir. Proqram prezident Apparatının təsdiqinə verilib.

Proqramda Şimal-Cənub və TRASEKA nəqliyyat dəhlizləri üzrə keçən dəmir yollarının yenindən qurulması, dəmir yolu təsərrüfatının, elektrik təchizatının yenilənməsi, yeni hərəkətli tərkiblərin alınması, hərəkətli tərkiblərin xətlərinin sürətinin artırılması nəzərdə tutulur.

Aprelin 25-ə olan rəsmi məzənnə 0,8289 AZN/USD

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti