...

Dünya Bankı Azərbaycanın təhsil sistemində aparılan islahatlar üçün son güzəştli kredit xəttini təsdiq edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Aprel 2008 18:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 aprel / Trend , müxbir İ.Xəlilova / Dünya Bankının (DB) Direktorlar Şurası Azərbaycanın təhsil sistemində aparılan islahatlar üçün 25 mln. dollar həcmində üçüncü kreditin verilməsini təsdiq edib. Bu barədə bankın Bakı nümayəndəliyindən məlumat verilib.

Beynəlxaq İnkişaf Assosiasiyasının xəttilə ayrılmış bank kreditinin həcmi 25 mln. dollar qalaraq (10 ili güzəştli dövr olmaqla 35 ilə və illik 0, 75 faiz dərəcəsilə) dəyişdirilməyib, layihənin ümumi dəyəri 49 mln. dollardan 45,4 mln. dollaradək ixtisar olunub. Qalan məbləğ Azərbaycanın iştirak payı və UNICEF qrantı hesabına ödəniləcək.

Layihə otra və məktəbəqədər təhsil, peşə-texniki təhsildə aparılan islahatları əhatə edəcək. Kredit vəsaitləri əsasən yeni kurrikulların tətbiqinin dəstəklənməsinə, müəllimlərin ixtisasartırma sistemlərinin modernləşdirilməsinə, təhsil sistemində yeni mədəniyyətin tətbiqinə, 5-6 yaşlı uşaqların məktəbə hazırlığının dəstəklənməsinə, inzibati işçilərin potensial artımına və islahatların keçirilməsini yaxşılaşdırma siyasətinə istiqamətlənəcək.

Bununla yanaşı, Azərbaycanın 500 məktəb -kitabxanasının dəstəklənməsi nəzərdə tutulub.

Bu, Azərbaycanın təhsil sistemində aparılan islahatlara ayrılan son güzəştli kredit olacaq. 2008-ci maliyyə ilində güzəştl maliyyə kvotasının başa çatması ilə əlaqədar olaraq, təhsil sistemində aparılan islahatların təkmilləşdirilməsinə ayrılan kredit yalnız Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının şərtləri ilə baş tuta bilər. Bu istiqamətdə ayrıca layihə hazırlanır.

Fəaliyyətdə olan təhsil sisteminin inkişafı layihəsi 1999-cu ildən qüvvədə olan təhsil islahatları proqramına əsaslanaraq bu sahədə aparılan sektorial islahatlara istiqamətlənib. Proqramın məqsədi - ümumilikdə təhsil və təkrartəhsil sahəsinin keyfiyyətini artırmaqdır. Layihənin ümumi dəyəri 20,99 mln. dollar təşkil edir ki, bunun18 mln.dolları DB kreditlərinin payına düşür. Kredit 2003-cü il mayın 27-də bankın Direktorlar Şurasında təsdiq edilib. Bank tərəfindən 5 mln. dollar həcmində ilk kredit 1999-cu ildə verilib.

Azərbaycanın təhsil siteminin islahatlar strategiyası 250 mln. dollar məbləğində dəyərləndirilir.

Azərbaycan 1992-ci ildən Dünya Bankının üzvüdür. Azərbaycan bank ilə əməkdaşlıq çərçivəsində 38 layihənin maliyyələşdirilməsinə təxminən 1,1 mlrd. dollar kredit əldə edib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti