...

Azərbaycan neftinin qiyməti: 21-25 iyul həftəsinin yekunları

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 İyul 2008 15:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 iyul / Trend , müxbir A.Bədəlova/ 21-25 iyul həftəsində Azərbaycanın Türkiyənin Ceyhan və Gürcüstanın Batumi limanından satdığı AZERI LT (CIF) neftinin otra qiyməti $129,67/barr. təşkil edib, bu da ötən həftənin orta qiymətindən $10,34/barr azdır.

21-25 iyul həftəsində AZERI LT neftinin maksimal qiyməti $133,3/barr, minimal qiyməti isə $126,51/barr təşkil edib. Azeri Light neftinin APİ üzrə sıxlığı 34,6 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 0,14%-dir.

21-25 iyul həftəsində Azərbaycanın Novorossiysk limanından satdığı URALS (EX-NOVO) neftinin orta qiyməti $119,27/barr təşkil edib, bu da ötən həftənin orta qiymətindən $9,94/barr azdır.

21-25 iyul həftəsində URALS neftinin maksimal qiyməti $122,59/barr, minimal qiymət isə $117,16/barr təşkil edib.

URALS neftinin sıxlığı APİ üzrə 32 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 1,3%-dir. Lakin satış zamanı bu neft növünün spesifikasiyası müxtəlif vaxtlarda tərkibində daha çox (daha az) dominantlıq edən keyfiyyətli neft növlərindən asılı olaraq dəyişir.

21-25 iyul həftəsində Brent Dated neftinin orta qiyməti $126,68/barr təşkil edib, bu da ötən həftənin orta qiymətindən $8,55/barr çoxdur.

Ötən həftə Brent neftinin maksimal qiyməti $129,38/barr, minimal qiymət isə $124,57/barr təşkil edib.

Brent Dated neftinin sıxlığı APİ üzrə 38,3 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 0,36%-dir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti