...

Bakıda Avropa ölkələri üzrə Beynəlxalq Turizm Təşkilatı komissiyasının iclası keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Mart 2009 18:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 mart / Trend , müxbir Ü.İsmayılova /

Avropa ölkələri üzrə Beynəlxalq Turizm Təşkilatının komissiyasının 49-cu iclası Bakıda keçiriləcək. Bu barədə Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyindən bildirilib.

İclas martın 25-26-da keçiriləcək. İclas çərçivəsində "İqtisadi böhranın Avropa turizminə təsiri" adlı seminar keçiriləcək

İclasda, Beynəlxalq Turizm Təşkilatının bütün üzv dövlətlərinin nümayəndələri iştirak edəcək.

Təşkilatın 49-cu iclasının keçirilməsi qərarı, 2008-ci ilin may ayının 15-16-da sözügedən təşkilatın Çexiyada keçirilən 48-ci iclasında qəbul edilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti