...

Azərbaycan məhsulları yüksək keyfiyyəti ilə fərqlənir – Rusiyanın Tambov vilayətinin nümayəndəsi

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 Mart 2009 17:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 mart / Trend , müxbir Ü.İsmayılova / 

Rusiyanın Tambov vilayətinin bazarında Azərbaycanın kənd təsərrüfatı məhsullarının payı 80 faizə çatır. Bu barədə çərşənbə axşamı Bakıda keçirilən Azərbaycan və Tambov vilayəti arasında hökumətlərarası sazişin imzalanması planlarına həsr olunmuş mətbuat konfransında Rusiya Federasiyasının Tambov vilayətinin Regionlararası və Beynəlxalq Əlaqələr İdarəsinin müdiri Oleq Kodakov bildirib.

Onun sözlərinə görə, Azərbaycan məhsulları digər ölkələrin mallarından yüksək keyfiyyətinə və ekoloji təmizliyinə görə fərqlənir.

"Biz Azərbaycandan dəniz məhsulları, çay, şərab idxal etmək niyyətindəyik", - deyə Kodakov bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti