...

Azərbaycanda əhalinin sosial müdafiəsinin yaxşılaşdırması ilə bağlı tədbirlər 2014-cü ilə qədər davam etdiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Aprel 2009 18:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 aprel / Trend , müxbir Ü.İsmayılova/ Azərbaycan regionlarının 2009-2013-cü illərdə sosial inkişafı dövlət proqramı çərçivəsində Əhalinin dövlət sosial müdafiə fondu sosial müavinətlərin verilməsində qabaqcıl sistemlərin tətbiqini davam etdirəcək. 

Dövlət fondu 2009-2012-ci illərdə regional peşəkar tədris mərkəzlərinin yaradılması üçün məşğulluq orqanlarında müasir texnologiyaların tətbiqini təmin edəcək. Bununla yanaşı əllilərin təsil alması üçün xüsusi dərsliklər nəzərdə tutulub.

2009-2010-cu illərdə Dövlət fondu yerli icra hakiiyyətləri ilə birgə Naxçıvan, Gəncə, Şəki və Masallıda texniki avadanlıqların təmiri üçün xüsusi emalatxanaların yaradılmasını təmin edəcək.

2011-ci ilə kimi əlil və görmə qabiliyyətini itirmiş insanlar üçün Naxçıvan, Sumqayıt və Gəncədə infomasiya texnologiyaları mərkəzinin yaradılması planlaşdırılır. 

"2009-2011-ci illərdə Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramı" Azərbaycan respublikası prezidenti İlham Əliyev tərəfindən cari ilin aprelin 14-də təsdiq edilib. 

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti