...

Qazaxıstanda kiçik aviasiya üçün yeni təyyarənin təqdimatı keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 İyul 2009 15:23 (UTC +04:00)
Bu gün Qazaxıstanın Akmolinsk vilayətinin Priozornoe qəsəbəsində “Boşunq-Sineks AQ” şirkətinin aviasiya kimyəvi işi həyata keçirmək üçün təyin edilmiş Thrush 510 təyyarəsinin təqdimatı keçirilib.

Qazaxıstan, Astana, 23 iyul / Trend , K. Konırova /

Bu gün Qazaxıstanın Akmolinsk vilayətinin Priozornoe qəsəbəsində "Boşunq-Sineks AQ" şirkətinin aviasiya kimyəvi işi həyata keçirmək üçün təyin edilmiş Thrush 510 təyyarəsinin təqdimatı keçirilib. Bu barədə Trend -ın xüsusi müxbirinə Qazaxıstanın Nəqliyyat və Kommunikasiya Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

"Dövlətin ərzaq təhlükəsizliyinin təmin edilməsi strateji məqsədi və milli istehsal olan kənd təsərrüfatı məhsullarının ixrac həcminin genişlənməsini nəzərə alsaq, hazırda aqrosənaye kompleksində istifadə olunan hava gəmiləri parkının təzələnməsi məsələsi yüksək aktuallıq qazanır", - mətbuat xidmətindən məlumat verilib.

Nümayiş təyyarələrini təlim keçmiş və beynəlxalq sertifikat almış Qazaxıstan pilotları idarə edəcəklər. Xidmət üzrə texniki izahat və məsləhəti ABŞ-da təlim və təcrübə keçmiş mühəndis-texniki heyət həyata keçirir.   

Nazirliyin məlumatına görə, hazırda Qazaxıstanda aviasiya kimyəvi işinə Sovet istehsalı olan təxminən 300 AH-2 təyyarəsi cəlb olunub. Bu parkın orta istismar dövrü 32 ildir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti