...

Aİ Azərbaycan statistikasına texniki dəstək göstərməyə başlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Dekabr 2009 19:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 dekabr / Trend , müxbir N.İsmayılova/

Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi, Almaniyanın Federal Statistika İdarəsi və Bolqarıstanın Milli Statistika İnstitutunun iştirak etdiyi "Aİ Tvinninq Proqramı" çərçivəsində Aİ standartlarına uyğunlaşdırılmış yeni statistik metodlar dəstinin tətbiq olunması ilə Azərbaycanda statistikanın təkmilləşdirilməsi dəstəklənəcək. Bu barədə Azərbaycanda Aİ layihələri üzrə koordinasiya bürosunun cümə günü yaydığı məlumatda deyilir.

Aİ-nin maliyyələşdirdiyi "Müşahidə olunan iqtisadiyyat, biznes statistikası və istehsalçı qiyməti indeksi üzrə Milli Hesabların Avropa Standartlarına uyğunlaşdırılması üçün Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinə Dəstək" adlı Tvinninq Layihəsi dekabrda başlayıb. Müddəti 24 ay, Avropa Komissiyasının ayırdığı təxminən 1 milyon AZN dəyərində olan bu mühüm təşəbbüs Avropa Qonşuluq Siyasəti (AQS) və "Şərq tərəfdaşlığı" çərçivəsində icra olunur.

Statistika AQS Gündəliyində, eləcə də 2008-2012-ci illər üzrə Azərbaycan Respublikasının rəsmi statistikasının təkmilləşdirilməsinə dair Dövlət Proqramında müəyyən edilmiş prioritetlərdən biridir. Son 10 ildə iqtisadi statistikada beynəlxalq standartlar qısa müddətdə tətbiq edildiyi üçün "Aİ qaydalar toplusunun" tələblərinə cavab vermək məqsədilə DSK öz potensialını artırır.

Layihənin məqsədləri Milli Hesabların Avropanın Milli Hesablar Sistemi ilə müqayisə oluna bilməsini yüksək səviyyəyə çatdırmaq, Aİ Üzv Dövlətlərində ən yaxşı təcrübələri tətbiq etmək və iqtisadiyyatın müxtəlif sahələrində aralıq istehlak üzrə məlumatların toplanması üçün İstehsalçı Qiyməti İndeksinin əhatə dairəsini genişləndirməkdir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti