...

VTB-Azərbaycan bankı 2010-cu ildə nizamnamə kapitalını artırmaq niyyətindədir

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Dekabr 2009 14:54 (UTC +04:00)
"VTB-Azərbaycan bankı 2010-cu ildə nizamnamə kapitalını 20 milyon manat artırmaq niyyətindədir", - cümə axşamı bankın idarəetmə sədri Oleq Krasnojon deyib.
VTB-Azərbaycan bankı 2010-cu ildə nizamnamə kapitalını artırmaq niyyətindədir

Azərbaycan, Bakı, 24 dekabr / Trend , müxbir N. İsmayılova/

"VTB-Azərbaycan bankı 2010-cu ildə nizamnamə kapitalını 20 milyon manat artırmaq niyyətindədir", - cümə axşamı bankın idarəetmə sədri Oleq Krasnojon deyib.

"Bu il bank səhmlərin 16 milyon manatlıq əlavə emissiyasını öz resursları hesabına kredit vermənin imkanlarını genişləndirmək məqsədi ilə başa çatdırıb", - o deyib.

Onun sözlərinə görə, əlavə emissiyanın 8 milyon manatını Azərbaycan səhmdarı AtaHolding və 8 milyon manatını isə VTB-Rusiya bankı ödəyir.

"Əlavə emissiyaya qədər bankın nizamnamə kapitalı 7,815 milyon təşkil edib. İlin sonuna kimi kapital 16 milyon manata kimi artırılacaq və 2010-cu ildə bank nizamnamə kapitalının minimum daha 20 miyon manat artırılmasını planlaşdırır", - Krasnojon deyib.

Xəbər lenti

Xəbər lenti