...

Azərbaycanda bərk məişət tullantılarının idarə edilməsi strategiyasının hazırlanması üçün məsləhətçi cəlb olunur

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Mart 2010 16:03 (UTC +04:00)
Azərbaycanda İqtisadi İnkişaf Nazirliyinin Dünya Bankı ilə birgə həyata keçirdiyi bərk məişət tullantılarının vahid idarə edilməsi layihəsi üzrə yenidənqurma planı və strateji planın hazırlanması üzrə xidmətlərin göztərilməsi üçün müsabiqə elan edilib. Bu barədə nazirliyin məlumatında bildirilir.

Azərbaycan, Bakı, 1 mart / Trend . N.İsmayılova/

Azərbaycanda İqtisadi İnkişaf Nazirliyinin Dünya Bankı ilə birgə həyata keçirdiyi bərk məişət tullantılarının vahid idarə edilməsi layihəsi üzrə yenidənqurma planı və strateji planın hazırlanması üzrə xidmətlərin göztərilməsi üçün müsabiqə elan edilib. Bu barədə nazirliyin məlumatında bildirilir.

Müsabiqədə əsas məqsəd 20 il müddətinə Bakıda bərk məişət tullantılarının vahid idarə edilməsi üzrə inkişaf strategiyasının və ölkə hökuməti yanında "Təmiz şəhər" ASC-nin məişət tullantılarının vahid idarə olunması üzrə strategiyasının yenidən qurulması planının hazırlanmasıdır. Məsləhətçi əhalinin sayını proqnozlaşdırmalı, həmçinin məişət tullantılarının idarə olunması sistemi sahəsində fəaliyyəti, onların tərkibini, tələbatın qiymətləndirilməsini, institusional analiz və strategiyanı, maliyyə analizini, tariflərin və hüquqi aspektlərin öyrənilməsini həyata keçirməlidir.

Regionda və ya bu cür regionlarda iş təcrübəsi olan namizədlərə, beynəlxalq mütəxəssislər üçün 10-15 il, yerli mütəxəssislər üçün 5 il iş təcrübəsi olanlara üstünlük veriləcək.

Müsabiqənin şərtlərinə görə, məişət tullantılarının idarə olunması üzrə baş ekspert, məişət tullantılarının toplanması və yerləşdirilməsi üzrə baş ekspert, hüquqi və institusional məsələlər, maliyyə məsələləri və ictimaiyyətlə əlaqələr üzrə baş ekspert kimi mütəxəssislərə ehtiyac var.

Maraqlanan şəxslər özləri haqqında məlumatı 2010-cu il martın 12-i saat 17.00-dək təqdim etməlidirlər. Təkliflər aşağıdakı ünvana göndərilməlidir: Bakı şəhəri, Həsən Abdullayev küçəsi 11, əlaqədar şəxs: Hüseyn İsmayılov. Telefon: (+99412) 497-65-38; Fax: (+99412) 497-65-93. Elektron poçt ünvanı [email protected]; [email protected]

SC ölkə Prezidentinin "Bakı şəhərində bərk məişət tullantılarının idarə edilməsinin təkmilləşdirilməsi haqqında" 2008-ci il 6 avqust tarixli sərəncamının əsasında yaradılıb. Bərk məişət tullantılarının idarə edilməsi sisteminin yaradılması DB-nin birgə layihəsində nəzərdə tutulub. Bank layihənin reallaşmasına 29 milyon dollar məbləğində kredit ayırıb. Azərbaycanın iştirak payı 34 milyon dollar təşkil edir.

Xəbər lenti

Xəbər lenti