...

Gürcüstanın kommersiya banklarının aktivləri artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Mart 2010 20:49 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 03 mart / Trend , müxbir N.Kirsxaliya/

Ötən aylarla müqaisədə yanvarda Gürcüstanın kommersiya banklarının aktivləri 89,9 milyon lari, yaxud 1,1 faiz artaraq 8382,5 milyon lari təşkil edib.

Gürcüstan Milli Bankından çərşənbə günü bildirildiyi kimi, bank sektorunun şəxsi vəsaiti 1514,3 milyon laridir ki, bu da bütün kommersiya banklarının aktivlərinin 18,1 faizini təşkil edir.

2009-cu il fevralın 1-nə olan vəziyyətə görə, Gürcüstanın bank sektoru 19 kommersiya bankı ilə, o cümlədən xarici kapital iştirakı ilə 13 bank və iki xarici bank filialı ilə təmsil olunub.

Xəbər lenti

Xəbər lenti