Azərbaycan, Bakı, 6 aprel /Trend/
İngiltərənin "Behre Dolbear Engineering Services LTD" şirkəti yenilənmiş Azərbaycan Beynəlxalq Mədən Əməliyyat Şirkətinin ilkin Çovdar yatağının işlənməsi layihəsi çərçivəsində yekun TİƏ-nın tamamlanması olacaq texniki - iqtisadi əsaslandırmanın keçirilməsi üzrə tenderin qalibi olub, bu barədə tender komissiyasının məlumatında deyilir.
Azərbaycan hökuməti və AIMROC arasında hasilatın pay bölgüsü haqqında 30 il müddətinə imzalanan müqavilədə ölkənin payı 51 faiz təşkil edir, Britaniya şirkəti "Anglo-Asian Mining PlC" payı 49 faiz təşkil edir.
Şirkət Naxçıvan Muxtar Respublikası, Gəncə, Gədəbəy, eləcə də işğal olunmuş ərazilərdəki - Kəlbəcərin Zod, Ağdərənin Qızılbulaq və Zəngilanın Vecnəli yataqlarında yerləşən 6 sahədə - istismar işlərini həyata keçirmək niyyətindədir.