...

Azərbaycan və Almaniya sosial müdafiə sahəsində əməkdaşlığın perspektivlərinin müzakirəsinin yekunları üzrə protokol imzalayıblar

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 May 2010 12:46 (UTC +04:00)
Azərbaycan və Almaniyanın əmək və əhalinin sosial müdafiəsi nazirlikləri bazar ertəsi Bakıda alman nümayəndə heyətinin səfərinin yekunları barədə protokol imzalayıblar. Protokol Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov və Almaniyanın Federal Nazirliyinin Parlament katibi Ralf Brauksiplə imzalanıb.
Azərbaycan və Almaniya sosial müdafiə sahəsində əməkdaşlığın perspektivlərinin müzakirəsinin yekunları üzrə protokol imzalayıblar

Azərbaycan, Bakı 31 may /Trend, müxbir Ü.İsmayılova/

Azərbaycan və Almaniyanın əmək və əhalinin sosial müdafiəsi nazirlikləri bazar ertəsi Bakıda alman nümayəndə heyətinin səfərinin yekunları barədə protokol imzalayıblar. Protokol Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov və Almaniyanın Federal Nazirliyinin Parlament katibi Ralf Brauksiplə imzalanıb.

Səfər zamanı əmək, məşğulluq və sosial müdafiə sahəsində əməkdaşlığın inkişaf perspektivləri, əmək qanunvericiliyinin həyata keçirilməsi üçün nəzarət orqanlarının fəaliyyəti, iş axtaran vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, beynəlxalq təşkilatlarla əlaqələrin inkişafı sahəsində təcrübə və qarşılıqlı informasiya mübadiləsinin gerçəkləşdirilməsi məsələləri barədə inkişaf perspektivləri və s. müzakirə olunub.

Xəbər lenti

Xəbər lenti