...

Bakıda təkrar mənzil bazarında qiymətlər iyunda, təxminən, 2% enib

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 İyul 2010 13:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 iyul /Trend, müxbir İ.Xəlilova/

İyunda Bakının təkrar mənzil bazarında sövdələrin bağlanması dinamikasında 0,3 faizlik azalma müşahidə olunub. Bu barədə cümə axşamı "Əmlak Bazarı İştirakçıları" İctimai Birliyindən bildiriblər.

Bakıda mənzil bazarında yenitikililərin payı artmaqda davam edir; iyunda bu, 61,2 faiz təşkil edib. Buna baxmayaraq, təkrar mənzil bazarında yenitikililərin payında may ayı ilə müqayisədə 0,3 faizlik nisbi azalma müşahidə olunub.

Bazarda təkliflərin 1,4 faiz azalmasına baxmayaraq, orta qiymət 1,9 faiz azalıb. Bazarın bu seqmentində ipoteka kreditləşməsinin təsiri altında likvidlik sabit qalıb, lakin risk dərəcəsi hələ də yüksəkdir. Araşdırmalara görə, təkrar bazarda qiymətlərin indeksi mənzillərin dəyərinə nisbətən 1,9 faiz azalıb. Təkrar bazarda qiymətlərin indeksi 4 bənd azalaraq, 204,3 səviyyəsində qalıb.

Təkliflərin həcminin 1,4 faiz azalması nəticəsində, bazarda təklif olunan mənzillərin sayı 6460 səviyyəsində olub. Bazarın bu seqmentində Yasamal, Nəsimi, Nərimanov və Xətai rayonlarının payı 80,3 faiz təşkil edib.

İyun ayı ərzində Bakının rayonlarının heç birində qiymət artımı müşahidə olunmayıb, Yasamal rayonunda isə xeyli azalmа - 2,4 faiz müşahidə olunub. Təkrar bazarda mənzillərin bir kvadratmetrinin orta qiyməti 1110 dollar, bazarda orta qiymətdən aşağı təklif olunan mənzillərin payı bazarın ümumi portfelində 57,5 faiz təşkil edib.

İyunda təkrar mənzil bazarında otaqların orta göstəricisi 2,53, otaqların orta satış qiyməti - 45 437 dollar, otaqların orta qiyməti - 116 342 dollar olub.

İyunda aktivlik əmsalına görə Bakıda ən cəlbedici rayonlar Xətai, Yasamal, Binəqədi və Nərimanov rayonları olub ki, bu da əsasən, ipoteka kreditləşməsi baxımından səmərəliliyi ilə izah olunur.

Ötən ay ərzində 3,4 və 5 otaqlı mənzillərin sayında azalma müşahidə olunub. Təkliflərdə ən çox azalma dördotaqlı mənzillər (1,8 faiz) üzrə olub. İkiotaqlı mənzillər üzrə təkliflər 0,9 faiz artıb.

Xəbər lenti

Xəbər lenti