...

Azərbaycan bankı "Parabank" daha üç regional filialı açmağı planlaşdırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Avqust 2010 19:04 (UTC +04:00)
Azərbaycan bankı "Parabank" filial şəbəkəsinin genişləndirilməsi və onun sayının regionlarında səkkiz, Bakı şəhərində isə doqquz filiala çatdırılması yolu ilə xidmətlərin həcmini və coğrafiyasını müvəffəqiyyətlə genişləndirməkdə davam edir. Bu barədə bankın çərşənbə axşamı yayılan məlumatında deyilir.
Azərbaycan bankı "Parabank" daha üç regional filialı açmağı planlaşdırıb

Azərbaycan, Bakı, 17 avqust /Trend, müxbir N.İsmayılova/

Azərbaycan bankı "Parabank" filial şəbəkəsinin genişləndirilməsi və onun sayının regionlarında səkkiz, Bakı şəhərində isə doqquz filiala çatdırılması yolu ilə xidmətlərin həcmini və coğrafiyasını müvəffəqiyyətlə genişləndirməkdə davam edir. Bu barədə bankın çərşənbə axşamı yayılan məlumatında deyilir.

Filial şəbəkəsinin genişləndirilməsi strategiyası çərçivəsində daha bir neçə filialı açmaq planlaşdırılıb. Bunu nəzərə alaraq, Lənkəran, İmişli və Şəki şəhərlərinin mərkəzilərində bank filiala uyğun olan ofis axtarır. Bu filiallarda fiziki və hüquqi şəxslərə geniş çeşiddə bank xidmətləri - hesablaşma-kassa xidmətləri, sərfəli şərtlərlə depozitlərin cəlb edilməsi, istehlak, o cümlədən biznes kreditlərinin verilməsi, bank kartları, mobil rabitə operatorlarının və kommunal xidmətlərin ödənilməsi, bankdaxili köçürmələr, "Western Union", "Privat Money", "Bıstraya poçta", "Caspian Money Transfer", "Aziya Ekspress", "Zolotaya Korona" kimi beynəlxalq sistemlər vasitəsilə sürətli pulköçürmələri və s. xidmətlər təqdim ediləcək.

"Parabank" 1991-ci ildə kommersiya bankı kimi yaradılıb.

Xəbər lenti

Xəbər lenti