...

"Commerzbank" Azərbaycanda fəaliyyətini genişləndirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Oktyabr 2010 14:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 oktyabr /Trend, müxbir N.İsmayılova/

Dünya iqtisadi böhranı və dünyada ağır iqtisadi vəziyyətə baxmayaraq, Almaniyanın "Commerzbank" şirkəti Azərbaycan üzrə ümumi bank portfelinin artımını müşahidə edir. Bu barədə Trend-ə bankın Bakı nümayəndəliyinin rəhbəri Marko Qraf bildirib.

"Hətta belə çətin iqtisadi vəziyyətdə ölkə üzrə portfel artımını müşahidə edirik. Biz yerli banklara daha çox etibar etməyə başlamışıq, belə ki, onlar peşəkar şəkildə inkişaf edir", - Qraff deyib.

Onun sözlərinə görə, Azərbaycanda əməliyyat artımının digər səbəbi ondan ibarətdir ki, hazırda Azərbaycan bazarında fəal işləyən beynəlxalq bankların sayı elə də çox deyil ki, bu da "Commerzbank"ın bazarın azad seqmentinin bir hissəsini öz tərəfinə çəkməsi ilə bağlıdır.

"Gələcək genişlənmə ölkənin bank sektorunun vəziyyəti və artımından asılıdır, belə ki, məhz belə parametrlərə görə kredit limitləri və fəallığını müəyyən edirik", - Qraff deyib.

Onun sözlərinə görə, "Commerzbank" 22 aparıcı Azərbaycan bankı ilə əməkdaşlıq edir (ölkədə 47 bank fəaliyyət göstərir), onlardan hər biri beynəlxalq bazarda fəaliyyət göstərən müştərilərinə xidmət edir.

"Biz yalnız əməkdaşlıq etdiyimiz bankların bir hissəsi ilə kredit əməliyyatları aparırıq, belə ki, onlar bizim daxili standartlara cavab verir və kredit qabiliyyətli hesab olunurlar", - o deyib.

"Commerzbank" AG 2007-ci ilin noyabrında Bakıda nümayəndəliyinin açılması üzrə Azərbaycan Mərkəzi Bankından lisenziya alıb.

Xəbər lenti

Xəbər lenti