...

Benzoldaşıyan qatarın relsdən çıxması problemi qısa müddətdə həll olunub – "Azərbaycan Dəmir Yolları" QSC

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Oktyabr 2010 15:04 (UTC +04:00)
Azərbaycanda Bakı-Quba avtomobil yolunun 29-cu kilometrliyində dəmiryol xətti ilə kəsişdiyi ərazidə qatarın üç vaqonunun relsdən çıxması problemi qısa müddətdə həll olunub. Bu barədə Trend-ə "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov deyib.
Benzoldaşıyan qatarın relsdən çıxması problemi qısa müddətdə həll olunub – "Azərbaycan Dəmir Yolları" QSC

Azərbaycan, Bakı, 6 oktyabr /Trend, müxbir E.İsmayılov/

Azərbaycanda Bakı-Quba avtomobil yolunun 29-cu kilometrliyində dəmiryol xətti ilə kəsişdiyi ərazidə qatarın üç vaqonunun relsdən çıxması problemi qısa müddətdə həll olunub. Bu barədə Trend-ə "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov deyib.

"Dünən kiçik bir problem yaranıb. Məsələ qısa müddətdə həll olunub", - Əzməmmədov deyib.

Fövqəladə Hallar Nazirliyi İnternet-saytının məlumatına görə, Sumqayıt şəhəri, Hacı Zeynalabdin Tağıyev qəsəbəsi ərazisində baş vermiş qəza zamanı "Etilen-Polietilen" Zavodu istiqamətində hərəkət edən qatarın benzolladolu sonuncu 3 vaqonu relsdən çıxıb.

Yanğın hadisəsi və benzolun ətrafa dağılması baş verməyib. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb.

Xəbər lenti

Xəbər lenti