...

ARDNŞ-nin birgə müəssisəsi Bakı Metropoliteninin sifarişi çərçivəsində işləri başa çatdırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Oktyabr 2010 19:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 oktyabr /Trend, müxbir N.İsmayılov/

ARDNŞ-nin birgə müəssisəsi "Azeri Fugro" (ARDNŞ 60 faiz, "fuqro N.V" 40 faiz) Bakı Metropoliteninin sifarişi çərçivəsində tədqiqat quyularının qazılmasını başa çatdırıb. Bu barədə çərşənbə axşamı neft-qaz bazarındakı mənbə deyib.

"Bakı Metropoliteni üçün quyuların qazılması prosesi artıq başa çatıb", - mənbə bildirib.

Bundan əvvəl, mənbənin dediyi kimi, müqavilə dərinliyi 30-50 metr olan quyuların qazılmasını nəzərdə tutur. Quyuların qazılması Bakı Metropoliteninə stansiyaların sayının genişləndirilməsi üzrə tədqiqat işləri üçün lazımdır. Qazma Abşeron yarımadasının müxtəlif yerlərində aparılıb.

Bakı Metropoliteni 1967-ci ildən fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti