...

Azərbaycan xarici sərmayədarları uğurlu yatırımlar üçün yer kimi cəlb edir - AZPROMO rəhbəri

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Mart 2011 12:12 (UTC +04:00)
Bakıda İqtisadi İnkişaf Nazirliyinin, Azərbaycan İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və "Euroconvention Global Conferences"in dəstəyi ilə keçirilən "The Azerbaijan Investors’ Summit 2011" - azərbaycanlı sərmayədarların sammitində 50-dək xarici investor iştirak edir.
Azərbaycan xarici sərmayədarları uğurlu yatırımlar üçün yer kimi cəlb edir - AZPROMO rəhbəri

Azərbaycan, Bakı, 2 mart /Trend, müxbir N.İsmayılova/

Bakıda İqtisadi İnkişaf Nazirliyinin, Azərbaycan İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və "Euroconvention Global Conferences"in dəstəyi ilə keçirilən "The Azerbaijan Investors' Summit 2011" - azərbaycanlı sərmayədarların sammitində 50-dək xarici investor iştirak edir. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü jurnalistlərə AZPROMO-nun prezidenti Adil Məmmədov bildirib.

"Sammitə Almaniya, İspaniya, Fransa, BƏƏ, Böyük Britaniya kimi ölkələrdən sərmayədarlar qatılıblar və bu, sübut edir ki, Azərbaycanda xarici sərmayədarların fəaliyyət göstərməsi üçün hər cür şərait yaradılıb, artıq ölkə onları uğurlu yatırımlar üçün yer kimi cəlb edir", - Məmmədov deyib.

Onun sözlərinə görə, investorları iqtisadiyyatın kənd təsərrüfatı, inşaat, alternativ energetika kimi müxtəlif sahələrinin maliyyələşdirilməsi maraqlandırır.

"İnvestorların əksəriyyəti Azərbaycanda ilk dəfə olurlar və onların əsas məqsədi ölkə haqqında maksimum məlumat əldə etməkdir. Biz də öz növbəmizdə, bunu onlara təqdim edirik", - fond rəhbəri bildirib.

Sammitdə 130-a yaxın Azərbaycan şirkəti də iştirak edir.

"The Azerbaijan Investors' Summit 2011"in təşkilinin informasiya tərəfdaşı kimi Trend BİA da çıxış edir.

Sammitin ilk gününün əsas mövzuları Cənubi Qafqazda və Xəzər regionunda investisiya və biznes imkanları, bank və maliyyə xidmətləri məsələləri, alternativ enerji bazarları, kənd təsərrüfatında və qida məhsullarının istehsalının inkişafı sahəsində əsas biznes imkanları olacaq. O cümlədən məruzəçi kimi Aİ-nin Azərbaycandakı nümayəndəliyini rəhbəri, səfir Rolan Kobia, Avstriya-Azərbaycan Ticarət Palatasının vitse-prezidenti, AYİB-in Bakı ofisinin rəhbəri, Bakı Fond Birjasının prezidenti, Azərbaycan Mərkəzi Bankının sədri, Azərbaycanın sənaye və energetika naziri, kənd təsərrüfatı nazirinin müavini çıxış edəcəklər.

Sammitin ikinci günü gələcəkdə birbaşa xarici investisiyaların cəlb edilməsi üçün telekommunikasiya və informasiya texnologiyaları, Azərbaycanın infrastruktur bumunun maliyyələşdirilməsi və investisiyalaşdırılması kimi mövzulara həsr olunacaq. Azərbaycanın rabitə və informasiya texnologiyaları nazirinin müavini, nəqliyyat nazirinin müavini və Azərbaycanın Qiymətləndiricilər Cəmiyyətinin rəhbəri məruzələrlə çıxış edəcəklər.

Xəbər lenti

Xəbər lenti