...

2025-ci ilədək Azərbaycanın sığorta bazarının 16 dəfə artacağı proqnozlaşdırılır

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Aprel 2011 14:59 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 aprel/Trend, müxbir A.Axundov/

Azərbaycan İqtisadi İnkişaf Nazirliyi tərəfindən hazırlanan 2011-2025-ci illər üçün Azərbaycanın iqtisadi inkişafının uzunmüddətli strategiyası 2009-cu ildəki sığorta yığımlarının çəkisini ÜDM-dəki 0,5 faizlik xüsusi çəkisini 2025-ci ildə azı 3 faizə çatıdırılmasını nəzərdə tutur.

Bu barədə nazirliyin strateji planlaşdırma şöbəsinin müdiri İlkin Məmmədov Bakıda keçirilən "Qloballaşma şəraitində sosial-iqtisadi inkişaf" mövzusunda Azərbaycan-Türkiyə əməkdaşlığı üzrə konfransda bildirib.

Strategiya layihəsinə əsasən, 2009-cu ildə ölkənin sığorta bazarının həcmi 215 milyon dollar olub, 2025-ci ilə isə portfelin 3,108 milyard dollara çatdırılacağı gözlənilir.

Ölkənin Maliyyə Nazirliyi yanında Dövlət Sığorta Nəzarəti Xidmətinin (DSNX) məlumatına görə, 2010-cu ildə sığorta haqlarının ümumi həcmi 155,59 milyon manat təşkil edib.

Buna uyğun olaraq hökumətin proqnozlarına görə, 2025-ci ilə sığorta bazarı artacaq 16 dəfə artacaq.

Bundan əvvək Dövlət Sığorta Nəzarəti Xidmətinin (DSNX) rəhbəri Namiq Xəlilovun dediyinə görə, yaxın beş il ərzində Azərbaycanın sığorta bazarının həcmi azı ikiqat artacaq.

"Bunun üçün bütün ilkin şərtlər var və bu proqnozlar əsasən avtomobil sığortası bazarının potensialına, özəl və korporativ əmlak sığortasına, könüllü həyat sığortasına əsaslanır", - Xəlilov deyib.

Onun fikrincə, bu gün başlıca vəzifə ondan ibarətdir ki, sığorta dövlət və korporativ siyasət sahəsindən ayrı-ayrı şəxslərin özəl siyasətinə keçsin ki, insanlar öz əmlak maraqlarını daha yaxşı müdafiə etsinlər. Onun sözlərinə görə, bu, ölkədə sığorta bazarının həcmlərinin xeyli artmasına imkan verəcək və burada bir milyard manatlıq potensial son hədd ola bilməz.

"Əhalisi Azərbaycandan az olan ölkələr var, lakin onların sığorta bazarı artıq bir milyardlıq xətti keçib", - Xəlilov bildirib.

Hazırda ölkədə 28 sığorta şirkəti, (o cümlədən 5-i xarici kapitalın iştirakı ilə), bir təkrar sığorta şirkəri və 6 broker şirkəti (o cümlədən 5-i xarici kapitalın iştirakı ilə) fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti