...

Azərbaycan yeni Boeing-787 Dreamliner təyyarəsini vaxtında alacaq - AZAL

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Sentyabr 2011 17:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 sentyabr /Trend, müxbir E.İsmayılov/

"Azərbaycan Hava Yolları" QSC (AZAL) Boeing təyyarə istehsalı korporasiyası ilə müqavilə çərçivəsində Boeing-787 Dreamliner markalı öz ilk laynerini müəyyən olunmuş vaxtda - 2014-cü ildə alacaq. Bu barədə çərşənbə günü Trend-ə QSC-nin vitse-prezidenti Sabir İlyasov bildirib.

"Biz yeni layneri nəzərdə tutulmuş vaxtda alacağıq", - İlyasov deyib.

Azərbaycan MDB məkanında ən müasir Boeing-787 Dreamliner təyyarələrini alan ilk ölkə olacaq.

2014-cü ildən sonra şirkət daha bir analoji hava gəmisi alacaq. Bu, AZAL-a daha uzaq məsafələrə, eləcə də Cənubi və Şimali Amerikaya, Cənub-Şərqi Asiyaya və dünyanın digər regionlarına reyslər həyata keçirməyə imkan verəcək.

Hazırda QSC-nin balansında 21 təyyarə var.

Xəbər lenti

Xəbər lenti