...

"Akkord" şirkəti 100 milyon dollarlıq istiqraz emissiyasını planlaşdırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Sentyabr 2011 20:18 (UTC +04:00)
ABŞ-da ümumi məbləği 2,24 milyard dollar olan istiqraz buraxılışını planlaşdıran emitentlər arasında Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası da yer alıb.
"Akkord" şirkəti 100 milyon dollarlıq istiqraz emissiyasını planlaşdırır

Azərbaycan, Bakı, 30 sentyabr /Trend/

"Bloomberg" tərəfindən tərtib edilmiş məlumatlara əsasən, ABŞ-da ümumi məbləği 2,24 milyard dollar olan istiqraz buraxılışını planlaşdıran emitentlər arasında Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası da yer alıb.

Məlumat göstərir ki, şirkətlər dünənki hərracda 8,69 milyard dollarlıq istiqraz satıblar ki, bunun da çox hissəsi 14 sentyabrdan bu yana 12,2 milyard dollar həcmində emissiya olunub. Şirkətlər cari ildə 909,6 milyard dollarlıq istiqraz satıblar, bu rəqəm 2010-cu ilin analoji dovrü ilə müqayisədə 841,3 milyard dollar təşkil edir.

Xəbər lenti

Xəbər lenti