...

"RoyalBank" kapitalını artırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 İyun 2012 19:18 (UTC +04:00)
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi "RoyalBank"ın 400 min manat məbləğində adi, adlı, sənədsiz səhmlərinin emissiya prospektini qeydiyyata alıb.
"RoyalBank" kapitalını artırır

Azərbaycan, Bakı, 1 iyun /Trend, müxbir Ə.Həsənov/

Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi "RoyalBank"ın 400 min manat məbləğində adi, adlı, sənədsiz səhmlərinin emissiya prospektini qeydiyyata alıb. Trend-in məlumatına görə, bu barədə cümə günü Bakı Fond Birjasının (BFB) yaydığı məlumatda deyilir.

Emissiya çərçivəsində hər birinin nominal dəyəri 0,2 manat olan iki milyon səhm buraxılıb.

Yerləşdirmənin anderrayteri qismində "Çelsi Kapital" çıxış edir.

Bankın nizamnamə kapitalı 24,14 milyon manat təşkil edir, yeni emissiyanın yerləşdirilməsindən sonra isə 24,54 milyon manatadək artırılacaq.

Xəbər lenti

Xəbər lenti