...

Azərbaycan FAO-nun regional konfransının hesabatını təqdim edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 İyun 2012 16:59 (UTC +04:00)
Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abasov 11-15 iyun 2012-ci il tarixlərində keçirilən BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Şurasının 144-cü sessiyasında iştirak etmək üçün təşkilatın mənzil-qərargahının yerləşdiyi Roma şəhərində rəsmi səfərdədir.
Azərbaycan FAO-nun regional konfransının hesabatını təqdim edəcək

Azərbaycan, Bakı, 11 iyun /Trend, müxbir A.Axundov/

Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abasov 11-15 iyun 2012-ci il tarixlərində keçirilən BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Şurasının 144-cü sessiyasında iştirak etmək üçün təşkilatın mənzil-qərargahının yerləşdiyi Roma şəhərində rəsmi səfərdədir.

Azərbaycan Kənd Təsərrüfatı Nazirliyindən bazar ertəsi Trend-ə verilən məlumata görə, Abasov 2012-2014-cü illər üçün FAO-nun Avropa və Mərkəzi Asiya üzrə regional konfransının sədri seçilib və tədbirdə konfransın sədri kimi çıxış edərək Avropa üzrə 28-ci regional konfransın hesabatını təqdim edəcək.

Təqdimatda təşkilatın proqram və büdcə məsələləri ilə əlaqədar regional perspektivləri, yerli ofislərin strukturu və funksiyaları və s. məsələlər üzrə məlumatlar veriləcək, təsdiq üçün müzakirə olunacaq.

Səfər zamanı nazirin FAO-nun baş direktoru Joze Qrasiano da Silva ilə və Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fondun (IFAD) prezidenti Kanayo Nvanza ilə görüşləri nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti