...

Azərbaycan avtomobillərin idxalını artırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 İyun 2012 13:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 iyun /Trend, müxbir S.Əliyev/

Cari ilin yanvar-aprel aylarında Azərbaycana təqribən 26,195 min minik avtomobili idxal edilib ki, bu da 2011-ci ilin analoji dövrü ilə müqayisədə 61,6 faiz çoxdur. Bu barədə çərşənbə günü Trend-ə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Məlumata əsasən, yanvar-apreldə idxal edilən minik avtomobillərinin ümumi dəyəri 239,66 milyon dollar təşkil edib. Bu isə ötən ilin yanvar-aprel aylarının göstəricisindən 54,7 faiz çoxdur.

Yanvar-apreldə Azərbaycana 2658 ədəd yük avtomobili idxal edilib. Bu rəqəm 2011-cu ilin analoji dövrünə nisbətdə 81,9 faiz çoxdur. İdxal edilən avtomobillərin ümumi dəyəri təqribən 61,4 milyon dollar təşkil edib ki, bu da ötən ilin analoji dövr göstəricisindən 129,7 faiz çoxdur.

Bundan əlavə, yanvar-apreldə respublikaya 356 ədəd avtobus idxal edilib ki, bu da 2011-cu ilin eyni dövrü ilə müqayisədə 67,9 faiz çoxdur. Həmin dövrdə ümumi dəyəri təqribən 19,5 milyon dollar olan avtomobil gətirilib. Bu rəqəm ötən ilin analoji dövr göstəricisindən 98,1 faiz çoxdur.

Xəbər lenti

Xəbər lenti