...

"Rabitəbank" səhmlərinin yerləşdirilməsinə başlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 İyun 2012 15:54 (UTC +04:00)
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi iyunun 20-dən etibarən "Rabitəbank"ın 2,72 milyon manat həcmində adi, adlı, sənədsiz səhmlərinin emissiya prospektinin yerləşdirilməsinə başlayıb.
"Rabitəbank" səhmlərinin yerləşdirilməsinə başlayıb

Azərbaycan, Bakı, 20 iyun /Trend, müxbir Ə.Həsənov/

Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi iyunun 20-dən etibarən "Rabitəbank"ın 2,72 milyon manat həcmində adi, adlı, sənədsiz səhmlərinin emissiya prospektinin yerləşdirilməsinə başlayıb. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Bakı Fond Birjasının yaydığı məlumatda deyilir.

Emissiya çərçivəsində hər birinin nominal dəyəri 20,29 manat olan 134,1 min səhm buraxılıb. Yerləşdirmənin anderrayteri qismində "Çelsi Kapital" MMC çıxış edir.

Bununla da bankın nizamnamə kapitalı 13,47 milyon manatdan 16,19 milyon manatadək artırılacaq.

Xəbər lenti

Xəbər lenti