...

Valyuta ehtiyaları Azərbaycana 4-5 il ərzində dünya maliyyə bazarlarında qeyri-sabitliyi xətərsiz keçirməyə imkan verir

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 İyun 2012 14:47 (UTC +04:00)
Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) valyuta ehtiyatları neft hasilatı azaldığı təqdirdə 4-5 il ərzində idxalın maliyyələşdirilməsini təmin etməyə imkan verir.
Valyuta ehtiyaları Azərbaycana 4-5 il ərzində dünya maliyyə bazarlarında qeyri-sabitliyi xətərsiz keçirməyə imkan verir

Azərbaycan, Bakı, 28 iyun /Trend, müxbir H.Vəliyev/

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) valyuta ehtiyatları neft hasilatı azaldığı təqdirdə 4-5 il ərzində idxalın maliyyələşdirilməsini təmin etməyə imkan verir. Trend-in məlumatına görə, bu barədə cümə axşamı iqtisadi inkişaf nazirinin müavini Sevinc Həsənova Bakıda keçirilən ticari-iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Estoniya hökumətlərarası komissiyanın iclasında çıxış edərkən bildirib.

"Azərbaycanda iqtisadiyyatın neftdən asıllığı azalır, çünki son illər neft-qaz gəlirlərinin səmərəli istifadəsi ölkəyə irəliyə doğru olduqca ciddi addımlar atmağa imkan verib", - nazir müavini deyib.

Onun sözlərinə görə, neft sahəsində artım qeydə alınmadığını nəzərə alsaq, görərik ki, ötən il ölkədə ümumi iqtisadi artım əhəmiyyətli olmayıb, qeyri-neft sektoru 9 faizdən çox artıb.

"2012-ci ilin beş ayının yekunu üzrə qeyri-neft sektoru 10 faizdən çox artıb. Bu göstərici iqtisadiyyatın şaxələndirilməsi üzrə siyasətimizin səmərəli olduğunu göstərir", - Həsənova vurğulayıb.

Onun sözlərinə görə, son 8 ildə Azərbaycan iqtisadiyyatında ciddi artım qeydə alınıb. Real rəqəmlərdə isə ölkənin ümumi daxili məhsulu (ÜDM) iki dəfə artıb. Azərbaycanın xarici borcu hazırda ölkə ÜDM-nin cəmi 7-8 faizini təşkil edir, ölkənin valyuta ehtiyatları isə xarici öhdəlikləri 7-8 dəfə üstələyir.

"Respublikada yaradılan valyuta ehtiyatları 4-5 il ərzində dünya maliyyə bazarlarındakı qeyri-sabitliyi xətərsiz keçirməyə imkan verir. Neft hasilatının həcminin azalması nəzərə alınmaqla, valyuta ehtiyatlarımız bu dövr ərzində ARDNF-nin aktivləri vasitəsilə öz idxalını maliyyələşdirməyə imkan yaradır", - Həsənova deyib.

Xəbər lenti

Xəbər lenti