...

Türkiyəli nazir "Azərsun Holdinq"in kənd təsərrüfatı müəssisələrində olub (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 İyul 2012 15:26 (UTC +04:00)
"Crans Montana" forumu çərçivəsində Bakıya gələn Türkiyənin kənd təsərrüfatı naziri Mehdi Əkər və Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hulusi Kılıç "Azersun Holdinq"i ziyarət ediblər.
Türkiyəli nazir "Azərsun Holdinq"in kənd təsərrüfatı müəssisələrində olub (FOTO)

Azərbaycan, Bakı, 2 iyul /Trend/

"Crans Montana" forumu çərçivəsində Bakıya gələn Türkiyənin kənd təsərrüfatı naziri Mehdi Əkər və Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hulusi Kılıç "Azersun Holdinq"i ziyarət ediblər.

Trend-in məlumatına görə, holdinqin fəaliyyət sahəsi haqqında məlumat alan nazir Mehdi Əkər "Azərsun Holdinq"in Biləsuvarda həyata keçirdiyi kənd təsərrüfatı layihələri ilə tanış olub. Holdinqin tərkibində fəaliyyət göstərən "Natural Greenland" müəssisəsinin əkin sahələri, təbii gübrə istehsalı müəssisəsi, konserv zavodu ilə yaxından tanış olan nazir sonra İmişli Şəkər Zavoduna gəlib.

Görüşdə "Azərsun Holdinq" idarə heyətinin sədri Abdulbari Gözəl tərəfindən nazirə ölkə başçısı İlham Əliyevin kənd təsərrüfatı sahəsinə olan diqqət və qayğısı, həyata keçirilən işlər barədə geniş məlumat verilib. "Azərsun Holdinq"in yaratdığı müasir kənd təsərrüfatı kompleksinin uğurlu nümunə olduğunu vurğulayan heyət görülən işləri yüksək qiymətləndirib.

Xəbər lenti

Xəbər lenti