...

2012-ci ildə Azərbaycanda güzəştli maliyyələşdirmənin yarıdan çoxu qaytarılan kreditlər hesabına təmin edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Avqust 2012 12:43 (UTC +04:00)
2012-ci ildə İqtisadi İnkişaf Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) xətti ilə verilən kreditlərin qaytarılması hesabına təmin edilən maliyyələşdirmənin həcmi 70 milyon manata çatıb.
2012-ci ildə Azərbaycanda güzəştli maliyyələşdirmənin yarıdan çoxu qaytarılan kreditlər hesabına təmin edilib

Azərbaycan, Bakı, 6 avqust /Trend, müxbir Ə.Həsənov/

2012-ci ildə İqtisadi İnkişaf Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) xətti ilə verilən kreditlərin qaytarılması hesabına təmin edilən maliyyələşdirmənin həcmi 70 milyon manata çatıb. Trend-in məlumatına görə, bu barədə cümə günü SKMF-nin icraçı direktoru Şirzad Abdullayev jurnalistlərə bildirib.

"Bu, ötən ildəkindən 60 faiz çoxdur", - Abdullayev qeyd edib.

Onun sözlərinə görə, ilin sonunadək qaytarılan vəsaitlər hesabına maliyyələşdirmənin həcmi daha 40 milyon manat arta bilər.

2012-ci ilin əvvəlindən SKMF 1546 investisiya layihəsinin maliyyələşdirilməsinə 127,9 milyon manat məbləğində güzəştli kredit verib. Bu layihələrin reallaşdırılması təqribən 6400 yeni iş yerinin yaradılmasına kömək edəcək.

Fond 2012-ci ildə respublika üzrə 200 milyon manat məbləğində kredit verməyi planlaşdırır, onlardan 110 milyon manatı qaytarılan kreditlər hesabına təmin ediləcək.

Xəbər lenti

Xəbər lenti