...

II rübdə Azərbaycanın əmlak bazarında aktivlik azalıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Avqust 2012 14:30 (UTC +04:00)
II rübdə Azərbaycanın əmlak bazarında aktivlik azalıb

Azərbaycan, Bakı, 9 avqust /Trend, müxbir A.Axundov/

I rübdə Azərbaycanın əmlak bazarında müşahidə edilən aktivlik II rübdə bir qədər azalıb. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Azərbaycan Mərkəzi Bankının (ABB) ilin ilk yarısının nəticələri üzrə pul siyasəti hesabatında deyilir.

Ümumilikdə 2012-ci ilin 6 ayı ərzində təkrar mənzil bazarında qiymətlər 4 faiz artıb, ilkin bazarda isə 3,3 faiz azalıb.

"Təkrar mənzil bazarında qiymət artımı əmlak bazarında təklifin azalması ilə izah edilir. Lakin təkrar mənzil bazarında bir kvadratmetrə görə qiymət 2008-ci ilin dekabrının göstəricisindən hələ də 10,9 faiz, ilkin bazarda isə 26 faiz azdır", - hesabatda deyilir.

Hesabat dövründə yaşayış və kommersiya obyektlərinin icarə haqqı müvafiq olaraq, 10,1 faiz və 10,6 faiz artıb.

"İpoteka kreditləşməsi prosesinin davam etməsi əmlak bazarına, xüsusən təkrar mənzil bazarında aktivliyə təsir edib. Dövlət büdcəsi tərəfindən ayrılan vəsaitlər hesabına 6 ayda 450-dən çox ailə sosial ipoteka üzrə 15 milyon manat dəyərində kredit alıb", - hesabatda qeyd edilir.

Hesabat dövrü ərzində ipoteka kreditləşməsi üçün bazar resurslarının cəlb edilməsi davam edib.

"6 ayda sosial ipoteka ilə yanaşı, Azərbaycan İpoteka Fondunun kredit təşkilatları 560-dən çox ailəyə 22 milyon manat dəyərində ipoteka krediti verib", - AMB-nin hesabatında deyilir.

Xəbər lenti

Xəbər lenti