...

Daşınan əmlakın reyestrinin yaradılması Azərbaycanın "Doing Business" reytinqində mövqeyini yaxşılaşdıracaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Oktyabr 2012 18:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 oktyabr /Trend, müxbir C.Nəsibova/

Azərbaycan Dünya Bankı (DB) və Beynəlxalq Maliyyə Korporasiyasının (BMK) hər il tərtib etdiyi işgüzar mühitin əlverişliliyi reytinqində kreditləşmə üzrə mövqeyini qoruyur. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Azərbaycan Mərkəzi Bankı (AMB) yanında Mərkəzləşdirilmiş Kredit Reyestri Xidmətinin rəhbəri Elçin Həbibov VI Azərbaycan Mikromaliyyə Konfransı zamanı deyib.

"Doing Business 2012: Daha şəffaf dünya" reytinqində (ötən ilin oktyabrında dərc edilib) Azərbaycan kreditləşmə üzrə 48-ci yeri tutub və hələlik bu mövqeni qoruyacağı gözlənilir", - Həbibov qeyd edib.

Azərbaycan ötən il reytinqdə 3 pillə irəliləyərək 183 ölkə arasında 66-cı yeri tutub.

Həbibovun sözlərinə görə, kreditləşmə üzrə reytinqin yüksəldilməsi üçün ölkədə daşınan əmlakın reyestinin yaradılmasına və bank olmayan kredit təşkilatlarının (hazırda bütün bank olmayan kredit təşkilatları kredit reyestrinə qoşulublar), lizinq və kommunikasiya şirkətlərinin formalaşdırılması üzrə informasiya bazasına qoşulmağa ehtiyac var.

Xəbər lenti

Xəbər lenti