...

Azərbaycanda genişləndirilmiş pul bazası il ərzində 28 faiz artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Oktyabr 2012 10:46 (UTC +04:00)
Sentyabrın 1-nə olan vəziyyətə görə, Azərbaycanda genişləndirilmiş pul bazası 9195,7 milyon manat təşkil edib. Trend-in məlumatına görə, bu barədə cümə günü Azərbaycan Mərkəzi Bankının yaydığı məlumatda deyilir.
Azərbaycanda genişləndirilmiş pul bazası il ərzində 28 faiz artıb

Azərbaycan, Bakı, 19 oktyabr /Trend/

Sentyabrın 1-nə olan vəziyyətə görə, Azərbaycanda genişləndirilmiş pul bazası 9195,7 milyon manat təşkil edib. Trend-in məlumatına görə, bu barədə cümə günü Azərbaycan Mərkəzi Bankının yaydığı məlumatda deyilir.

AMB-nin məlumatına görə, illik hesablamada pul bazası 27,7 faiz, 8 ay ərzində isə 8,3 faiz artıb.

"Sentyabrın 1-nə olan vəziyyətə görə, manatla pul bazası 9076,4 milyon manat təşkil edib. Ötən ilin analoji dövründə bu göstərici 7119,3 milyon manat, 2012-ci il yanvarın 1-nə isə 8275,3 milyon manat olub.

Hesabat dövründə dövriyyədə olan pulların həcmi 8617,5 milyon manat olub. Ötən ilin analoji dövründə bu göstərici 6883,8 milyon manat, 2012-ci il yanvarın birində isə 7658,5 milyon manat təşkil edib.

Öz növbəsində, bank ehtiyatları 560,5 milyon manat olub ki, bu da 2011-ci il sentyabrın 1-nə olan göstəricidən 82,4 faiz çox (307,3 milyon manat), 2012-ci il yanvarın 1-nə olan göstəricidən isə 32,2 faiz (826,4 milyon manat) az olub.

Dövriyyədəki nağd pul kütləsinin pul bazasına nisbəti hesabat dövründə 93,7 faiz artıb. 2011-ci il sentyabrın 1-nə bu göstərici 95,6 faiz, 2012-ci il yanvarın 1-nə isə 90,2 faiz təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti