...

Azərbaycanda azçəkili çörək istehsalı təklif edilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Oktyabr 2012 13:25 (UTC +04:00)
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi çörək istehsalçılarına çörək məhsulları üzrə yeni standartların tətbiqi imkanlarını nəzərdən keçirməyi təklif edib.
Azərbaycanda azçəkili çörək istehsalı təklif edilir

Azərbaycan, Bakı, 23 oktyabr/Trend, müxbir H. Vəliyev/

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi çörək istehsalçılarına çörək məhsulları üzrə yeni standartların tətbiqi imkanlarını nəzərdən keçirməyi təklif edib. Bu standartlara əsasən, ayrı-ayrı məhsulların çəkisi 100-200 qram təşkil edə bilər.

Trend-in məlumatına görə, bu təklif çərşənbə axşamı Dövlət Komitəsinin sədri Ramiz Həsənovun çörək məhsulları istehsalçıları ilə görüşündə səsləndirilib.

Həsənov, həmçinin çörək məhsulları üzrə xüsusi texniki komitənin yaradılmasına dair təşəbbüslə çıxış edib. O, bu sahədə digər ölkələrin təcrübəsini, xüsusilə Avropada qüvvədə olan standartları öyrənməyi təklif edib.

Onun sözlərinə görə, əsas məqsəd şörək məhsulları istehsalı sahəsində yüksək keyfiyyətin formalaşdırılmasıdır.

Görüşdə sahibkarlar itehsalat zamanı şörəyin paketləşdirilməsi ideyasını dəstəkləməyiblər. Onlar hesab edirlər ki, bu proses bialavasitə mağazalarda aparılmalıdır. Əks təqdirdə, bu, "zavod çörəyi" adlı istehsalat prosesinin dayandırılmasına səbəb olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti