...

Azərbaycan XİN: Tbilisidə Aİ-nin "Şərq tərəfdaşlığı" proqramı üzrə iclas keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Fevral 2013 14:04 (UTC +04:00)
Fevralın 12-13-də Avropa İttifaqının (Aİ) "Şərq tərəfdaşlığı" proqramı üzrə qeyri-rəsmi dialoq formatında ikinci iclas keçiriləcək. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Elman Abdullayev brifinqdə bildirib.
Azərbaycan XİN: Tbilisidə Aİ-nin "Şərq tərəfdaşlığı" proqramı üzrə iclas keçiriləcək

Azərbaycan, Bakı, 11 fevral /Trend, müxbir S.Ağayeva/

Fevralın 12-13-də Avropa İttifaqının (Aİ) "Şərq tərəfdaşlığı" proqramı üzrə qeyri-rəsmi dialoq formatında ikinci iclas keçiriləcək. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Elman Abdullayev brifinqdə bildirib.

Abdullayevin sözlərinə görə, iclasın birinci günündə Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev başçılıq edəcək.

"İclasda mövcud formatda əməkdaşlığın aktual məsələləri və "Şərq tərəfdaşlığı" proqramının üzv ölkələri arasında əməkdaşlığın həyata keçirilməsi məsələlərinin müzakirə edilməsi planlaşdırılır. Bundan başqa, noyabr ayında Vilnüsdə "Şərq tərəfdaşlığı" proqramının üzv dövlətləri rəhbərlərinin sammitinə hazırlıq məsələləri müzakirə ediləcək", - o qeyd edib.

Abdullayev bildirib ki, iclasın ikinci günü nəqliyyat məsələlərinə həsr ediləcək, iclasda Azərbaycan nümayəndə heyətinə nəqliyyat naziri Ziya Məmmədov başçılıq edəcək.

"Yerli qanunvericiliyin Avropa standarlarına uyğunlaşdırılması, həmçinin yükdaşımaların səmərəliliyinin artırılmasının müzakirə edilməsi gözlənilir", - Abdullayev deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti