...

Azərbaycanda sirkə və çanta istehsalçıları barəsində iş qaldırılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Aprel 2013 17:59 (UTC +04:00)
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Abşeron rayonu, Masazır qəsəbəsi, H.Aslanov küçəsi, ev 1 ünvanında fəaliyyət göstərən Kamil Hacıyevə məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı həmin istehsalat sahəsində sirkə istehsalı üçün müvafiq avadanlıqların olmadığı və sirkə istehsal edilmədiyi, mənşəyi məlum olmayan, 0,5 və 3 litrlik plastmas qablarda qablaşdırılmış sirkələrin guya Kamil Hacıyev tərəfindən ona məxsus Abşeron rayonu, Masazır qəsəbəsi, H.Aslanov küçəsi, ev 1 ünvanında yerləşən istehsalat sahəsində istehsal edildiyi barədə məhsulların etiketində yanlış məlumatların verildiyi müəyyən edilib.
Azərbaycanda sirkə və çanta istehsalçıları barəsində iş qaldırılıb

Azərbaycan, Bakı, 10 aprel /Trend/

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Abşeron rayonu, Masazır qəsəbəsi, H.Aslanov küçəsi, ev 1 ünvanında fəaliyyət göstərən Kamil Hacıyevə məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı həmin istehsalat sahəsində sirkə istehsalı üçün müvafiq avadanlıqların olmadığı və sirkə istehsal edilmədiyi, mənşəyi məlum olmayan, 0,5 və 3 litrlik plastmas qablarda qablaşdırılmış sirkələrin guya Kamil Hacıyev tərəfindən ona məxsus Abşeron rayonu, Masazır qəsəbəsi, H.Aslanov küçəsi, ev 1 ünvanında yerləşən istehsalat sahəsində istehsal edildiyi barədə məhsulların etiketində yanlış məlumatların verildiyi müəyyən edilib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, yoxlama zamanı aşkar edilmiş mənşəyi məlum olmayan və etiketində istehlakçılara mənşəyi barədə yanlış məlumat verilən 4 min litr sirkə satışdan çıxarılıb.

Əmtəənin mənşəyi və sahibkarın şəxsiyyəti barədə yanlış və əsassız məlumatlar verərək istehlakçıları çaşdırmaqla haqsız rəqabətə yol verdiyinə görə Kamil Hacıyev barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.

Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Səbail rayonu, M.Rəsulzadə küçəsi, ev 5 ünvanında fəaliyyət göstərən Səbinə Cəfərovaya məxsus mağazada aparılan yoxlama zamanı "LOUİS VUİTTON MALLETİER" şirkətinə məxsus əmtəə nişanlarının təqlidi olan və mənşəyi məlum olmayan saxta çantaların satıldığı aşkar edilib.

Haqsız rəqabətə yol verdiyinə görə Səbinə Cəfərova barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti