...

Azərbaycan Qazaxıstanda "KİTF 2013" Beynəlxalq Turizm Sərgisində iştirak edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Aprel 2013 18:15 (UTC +04:00)
Cari ilin 24-26 aprel tarixində Qazaxıstanın Almatı şəhərində keçiriləcək "KİTF 2013" Beynəlxalq Turizm Sərgisində iştirak etmək məqsədilə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin Daxili turizmin inkişafı sektorunun müdiri Mahir Qəhrəmanov, Turizmin marketinqi və təbliğatı sektorunun aparıcı məsləhətçisi Leyla Verdiyeva və nazirliyin mətbuat katibi Zöhrə Əliyeva Almatı şəhərinə ezam olunub.
Azərbaycan Qazaxıstanda "KİTF 2013" Beynəlxalq Turizm Sərgisində iştirak edir

Azərbaycan, Bakı, 23 aprel /Trend/

Cari ilin 24-26 aprel tarixində Qazaxıstanın Almatı şəhərində keçiriləcək "KİTF 2013" Beynəlxalq Turizm Sərgisində iştirak etmək məqsədilə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin Daxili turizmin inkişafı sektorunun müdiri Mahir Qəhrəmanov, Turizmin marketinqi və təbliğatı sektorunun aparıcı məsləhətçisi Leyla Verdiyeva və nazirliyin mətbuat katibi Zöhrə Əliyeva Almatı şəhərinə ezam olunub.

Trend nazirliyin rəsmi saytına istinadən məlumat verir ki, həmçinin sərgidə "Millennium Tourism and Congress" turizm şirkəti, "Chinar Hotel and Spa Naftalan", "Jumeirah Bilgah Beach hotel" və "Divan Express Baku" mehmanxanaları təmsil olunacaqlar.

Qeyd olunan beynəlxalq tədbirdə ölkəmizin turizm potensialının təbliğ olunması məqsədilə 36 kvadratmetr sahə icarəyə götürülüb və sərgiyə gələn ziyarətçi və iştirakçılara paylanması üçün ingilis və rus dillərində müxtəlif növ reklam-çap məhsulları ilə təmin olunub.

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi və yerli turizm şirkətləri birinci dəfədir ki, Almatıda keçirilən "KİTF" Beynəlxalq Turizm Sərgisində iştirak edir, həmçinin bu il adıçəkilən tədbirdə ölkəmizlə yanaşı, 43 ölkədən 203-ə yaxın şirkət təmsil olunacaq.

Məlumat üçün qeyd edirik ki, ötən il ölkəmizə 25 295 nəfər Qazaxıstan vətəndaşı gəlib və belə sərgilərdə iştirak etməklə 2013-cü ildə bu sayın daha da artacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti