...

Dəmir yolunun Abxaz sahəsi perspektivdə mütləq açılacaq - Gürcüstanın baş naziri

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Aprel 2013 22:24 (UTC +04:00)
Dəmir yolunun Abxaz sahəsi perspektivdə mütləq açılacaq, amma bu ilk növbədə Gürcüstanın maraqları nəzərə alınaraq olmalıdır.
Dəmir yolunun Abxaz sahəsi perspektivdə mütləq açılacaq - Gürcüstanın baş naziri

Gürcüstan, Tbilisi, 23 aprel /Trend müxbir N. Kirtsxalia/

Dəmir yolunun Abxaz sahəsi perspektivdə mütləq açılacaq, amma bu ilk növbədə Gürcüstanın maraqları nəzərə alınaraq olmalıdır. Bu barədə çərşənbə axşamı Gürcüstanın baş naziri Bidzina İvanişvili AŞPA-da, Strasburqda çıxış edərək bildirib.

"İstənilən hər bir yol əlavə imkanlar verir və perspektivdə bu yol mütləq açılacaq. Amma bu problemi biz tələsik həll etməyəcəyik, bir halda ki çox suallar mövcuddur... buna vaxt lazımdır və bütün tərəflərin hüquqları qorunulmalıdır, ilk növbədə isə bizim ölkəmizin maraqları", - İvanişvili bildirib.

Onun sözlərinə görə, bu məsələnin həlli siyasətlə sıx bağlıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti