...

Dövlət Fondu: Böyük Vətən müharibəsinin iştirakçılarına edilən yardımlar postsovet məkanında ən yüksək ödəmələrdir

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Aprel 2013 13:05 (UTC +04:00)
1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardımlar postsovet məkanında ən yüksək ödəmələrdir.
Dövlət Fondu: Böyük Vətən müharibəsinin iştirakçılarına edilən yardımlar postsovet məkanında ən yüksək ödəmələrdir

Azərbaycan, Bakı, 24 aprel /Trend, müxbir A. Axundov/

1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardımlar postsovet məkanında ən yüksək ödəmələrdir. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü jurnalistlərə açıqlamasında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov bildirib.

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 23-də Böyük Vətən Müharibəsinin iştirakçılarına birdəfəlik maddi yardım verilməsi barədə sərəncam imzalayıb.

Bu il müharibə iştirakçılarına ayrılan ödəmələrin miqdarı 700 manata, ikinci kateqoriyaların iştirakçılarına (həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə) 300 manat müəyyən edilib.

Müslümov qeyd edib ki, ötən il müharibə iştirakçılarının sayı 2710, ikinci kateqoriyaya aid olan şəxslərin sayı 26 min olub. Bu ilin mart ayında olan məlumatlara görə, onalrın sayı müvafiq olaraq 2300 və 23,5 min nəfər olub.

"Birdəfəlik ödəmələrin həyata keçirilməsi üçün faktiki olaraq 8,7 milyon manat vəsait lazımdır. Lakin bu istiqamətdə mümkün əlavə müraciətləri nəzərə alaraq, bu məqsədlə 10 milyon manat vəsait ayrılıb. İlin sonuna kimi ödənilməyən vəsaitlər Maliyyə Nazirliyinin Mərkəzi Xəzinə Hesabına qaytarılacaq", - Müslümov bildirib.

Onun sözlərinə görə, ayrılan vəsaitlər bu gün və ya sabah mərkəzi hesabdan fonda köçürülsə, onda DSMF bir həftə sonra ödəmələrə başlaya bilər. Bu prosesin 9 may - Faşizm üzərində Qələbə Gününə qədər yekunlaşdırılması planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti