...

Bu il Azərbaycanda istiqrazların təkrar bazarının canlanması gözlənilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Aprel 2013 14:23 (UTC +04:00)
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) 2013-cü ildə istiqrazların təkrar bazarının canlanmasını gözləyir. Trend-in məlumatına görə, bunu cümə günü jurnalistlərə QKDK-nin sədri Rüfət Aslanlı deyib.

Azərbaycan, Bakı, 26 aprel/Trend, müxbir A. Axundov/

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) 2013-cü ildə istiqrazların təkrar bazarının canlanmasını gözləyir. Trend-in məlumatına görə, bunu cümə günü jurnalistlərə QKDK-nin sədri Rüfət Aslanlı deyib.

"Cari ildə istiqrazların təkrar bazarının fəallaşmasınının şahidi olacağımızı gözləyirik. Bizdə marketmeyker institutu fəaliyyətə başlayıb ki, bu da bazarın canlanması üçün çox vacib alətdir. Marketmeykerliyin davamlı inkişafı nəticəsində özəl sektorun istiqrazlar bazarının daha da canlanacağını gözləyirik", - Aslanlı qeyd edib.

Aslanlının sözlərinə görə, istiqrazlar bazarı ənənəvi olaraq Maliyyə Nazirliyinin dövlət istiqrazları və Azərbaycan Mərkəzi Bankının notları hesabına formalaşdığına görə, indi vəziyyət dəyişir. Cari ilin I rübündə korporativ istiqrazlar bazarı 1,7 dəfə artıb, dövlət kağızları bazarı isə ötən ilin analoji dövrü ilə müqayisədə 1,72 dəfə azalıb.

"Biz əsasən istiqrazların özəl bazarına köklənmişik. Burada olduqca müsbət dinamika müşahidə edilir. İstiqrazlar bazarından vəsaitlər cəlb edən şirkətlərin sayı artır, həmçinin həmin şirkətlərin təqdim etdiyi sektorların siyahısı genişlənir. Əgər əvvəllər bunlar maliyyə sektorunda olan şirkətlər idilərsə, hazırda İKT və enerji sektorunun nümayəndələrini görürük", - Aslanlı deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti