...

Azərbaycan Beynəlxalq Bankının özəlləşdirmə dəyəri artır

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Aprel 2013 17:16 (UTC +04:00)
Azərbaycan Beynəlxalq Bankının (ABB) maliyyə göstəriciləri artıqca onun özəlləşdirmə dəyəri də artır.
Azərbaycan Beynəlxalq Bankının özəlləşdirmə dəyəri artır

Azərbaycan, Bakı, 26 aprel /Trend, müxbir A.Axundov/

Azərbaycan Beynəlxalq Bankının (ABB) maliyyə göstəriciləri artıqca onun özəlləşdirmə dəyəri də artır. Trend-in məlumatına görə, bu barədə cümə günü jurnalistlərə açıqlamasında bankın İdarə heyətinin sədri Cahangir Hacıyev bildirib.

"ABB-nin özəlləşdirilməsi prosesi dörd mərhələdən ibarətdir. Hazırda Əmlak Məsələləri Dövlət Komitəsi birinci mərhələnin nəticələrini təhlil edir. Bu məsələdə tələsmək olmaz. Özəlləşdirmə xatirinə özəlləşdirmə aparmaq yolverilməzdir. Bankın son maliyyə göstəriciləri çox yaxşıdır və yaxşılaşmaqda davam edir ki, bu da nəticədə bankın, xüsusilə satışa çıxarılan dövlət paketinin dəyərini artırır", - Hacıyev deyib.

Onun sözlərinə görə, bankın özəlləşdirilməsi prosesində alıcı kimi iştirak etmək istəyən strukturlardan müraciətlərin qəbuluna yalnız prosesin dördüncü mərhələsində başlanacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti