...

Mərkəzi Bankın valyuta ehtiyatları 12,5 milyard dolları ötüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 İyun 2013 18:31 (UTC +04:00)
2013-cü il mayın sonuna olan vəziyyətə görə, Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan valyuta ehtiyatlarının ümumi həcmi 12 572,3 milyon dollar təşkil edib.
Mərkəzi Bankın valyuta ehtiyatları 12,5 milyard dolları ötüb

Azərbaycan, Bakı, 5 iyun /Trend, müxbir E.Əliyev/

2013-cü il mayın sonuna olan vəziyyətə görə, Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan valyuta ehtiyatlarının ümumi həcmi 12 572,3 milyon dollar təşkil edib. Bu barədə Trend çərşənbə günü AMB-nin rəsmi saytına istinadən məlumat verir.

Məlumata görə, ilin əvvəlindən AMB-nin valyuta ehtiyatları 7,5 faiz və ya 877,5 milyon dollar (ilin əvvəlinə AMB-nin valyuta ehtiyatları 11 694,8 milyon dollar təşkil edib) artıb.

İllik hesablamada AMB-nin valyuta ehtiyatlarının həcmi 15,42 faiz və ya 1680,4 milyon dollar artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti