...

Assosiasiya: İstanbul hotelləri normal rejimdə işləyir

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 İyun 2013 15:14 (UTC +04:00)
Etiraz aksiyalarının dayanmasından sonra İstanbulda hotellər normal rejimdə işləyir.
Assosiasiya: İstanbul hotelləri normal rejimdə işləyir

Azərbaycan, Bakı, 10 iyun /Trend, müxbir R.Hafizoğlu/

Etiraz aksiyalarının dayanmasından sonra İstanbulda hotellər normal rejimdə işləyir. Bu barədə bazar ertəsi Trend-ə Türkiyə Turizm Assosiasiyasından (TUROFED) bildiriblər.

Assosiasiyadan deyiblər ki, etiraz aksiyalarının keçirildiyi dövrdə İstanbulun müxtəlif hotellərində yerləşmə sayında azalma müşahidə edilib. Hazırda isə bu hotellərə turistlərin axını qeydə alınır.

Məlumata görə, son 5 ayda İstanbula 3 milyondan artıq xarici turist səfər edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti