...

Əmlak Məsələləri Dövlət Komitəsi xidmətlərin sadələşdirilməsi və şəffaflığın artırılmasına diqqət ayıracaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 İyul 2013 13:01 (UTC +04:00)
Əmlak Məsələləri Dövlət Komitəsi yaxın illərdə əhaliyə göstərilən xidmətlərin sadələşdirilməsi və şəffaflığın artırılmasına diqqət ayıracaq.
Əmlak Məsələləri Dövlət Komitəsi xidmətlərin sadələşdirilməsi və şəffaflığın artırılmasına diqqət ayıracaq

Azərbaycan, Bakı, 18 iyul /Trend, müxbir E.Əliyev/

Əmlak Məsələləri Dövlət Komitəsi yaxın illərdə əhaliyə göstərilən xidmətlərin sadələşdirilməsi və şəffaflığın artırılmasına diqqət ayıracaq. Trend-in məlumatına görə, bu barədə Dövlət Komitəsinin sədrinin müavini Rafiq Cəlilov "Əmlak Məsələləri Dövlət Komitəsinin 2013-2017-ci illər üçün Beşillik Strategiya Planı"nın təqdimatında bildirib.

Cəlilov bildirib: "Təqdim olunan plan müvafiq sahələrdə fəaliyyətin müasirləşdirilməsinə, qabaqcıl təcrübələrin tətbiqinə və inzibatçılığın təkmilləşdirilməsinə təkan verəcək".

Beşillik Strategiya Planı Dünya Bankının dəstəyi ilə icra olunan "Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi" çərçivəsində beynəlxalq məsləhətçilər tərəfindən hazırlanıb.

Komitənin sədr müavini layihənin uğurla reallaşdırılmasını, o cümlədən əmlak sahəsində aparılan islahatları və əmlakın idarə olunmasında tətbiq edilən müasir standartları qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti