...

Azərbaycan son 10 ildə kənd təsərrüfatı məhsullarının ixracını 5 dəfədən çox artırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Noyabr 2013 18:15 (UTC +04:00)
Son 10 ildə Azərbaycan kənd təsərrüfatı məhsullarının ixracını 115,3 milyondan 595,3 milyon manatadək artırıb.
Azərbaycan son 10 ildə kənd təsərrüfatı məhsullarının ixracını 5 dəfədən çox artırıb

Azərbaycan, Bakı, 1 noyabr /Trend, müxbir A.Axundov/

Son 10 ildə Azərbaycan kənd təsərrüfatı məhsullarının ixracını 115,3 milyondan 595,3 milyon manatadək artırıb.

Trend-in məlumatına görə, bunu cümə günü kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev kənd təsərrüfatı işçilərinin peşə bayramı münasibətilə təşkil edilən tədbirdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycan son 10 il ərzində kənd təsərrüfatı məhsulları üzrə idxalçı ölkədən ixracatçı ölkəyə çevrilib: "2003-cü ildə bitki məhsullarının ixracı 91,6 milyon dollar təşkil edirdisə, 2012-ci ildə bu rəqəm 3 dəfə artaraq 279,1 milyon dollara çatıb. Müvafiq olaraq, heyvandarlıq məhsullarının ixracı 3,4-dən 26,9 milyon dollara, emal sənayesi məhsullarının ixracı isə 20,3 milyondan 289,3 milyon dollaradək artıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti