...

İqtisadiyyat və Sənaye Nazirliyində Xorvatiya nümayəndə heyəti ilə görüş keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Aprel 2014 13:15 (UTC +04:00)
Aprelin 3-də Bakıda səfərdə olan Xorvatiyanın turizm naziri Darko Lorençin rəhbərlik etdiyi nümayəndə heyəti İqtisadiyyat və Sənaye Nazirliyində olmuşdur.
İqtisadiyyat və Sənaye Nazirliyində Xorvatiya nümayəndə heyəti ilə görüş keçirilib

Azərbaycan, Bakı, 4 aprel /Trend/

Aprelin 3-də Bakıda səfərdə olan Xorvatiyanın turizm naziri Darko Lorençin rəhbərlik etdiyi nümayəndə heyəti İqtisadiyyat və Sənaye Nazirliyində olmuşdur.

Nazirliyin mətbuat xidmətindən Trend-ə bu gün verilən məlumata görə, nazir Şahin Mustafayev ilə keçirilmiş görüşdə Azərbaycan və Xorvatiya arasında iqtisadi əlaqələr və əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə edilmişdir.

Görüşdə nazir Şahin Mustafayev yüksək səviyyəli səfərlərin, keçirilən görüşlərin Azərbaycan və Xorvatiya arasında iqtisadi münasibətlərin genişlənməsində xüsusi əhəmiyyətini vurğulamışdır.

Bildirilmişdir ki, ölkələrimiz arasında parlamentlərarası dostluq qruplarının uğurla fəaliyyət göstərməsi, indiyədək Azərbaycan və Xorvatiya arasında 20-ə yaxın sənədin imzalanması əlaqələrin daha da inkişafı baxımından əhəmiyyətlidir. Azərbaycan və Xorvatiya arasında iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən turizm sahəsində əməkdaşlıq üçün geniş imkanların olduğunu diqqətə çatdıran nazir Şahin Mustafayev ölkəmizin turizm potensialı və bu sahədə son zamanlar görülən işlər barədə də məlumat vermişdir.

Xorvatiyanın turizm naziri Darko Lorenç Beynəlxalq Səyahət və Turizm Sərgisində iştirak etmək üçün Azərbaycanda səfərdə olduğunu və ölkəmizin iqtisadi inkişafından məmnunluğunu ifadə etmişdir. Mövcud imkanlardan səmərəli istifadənin Xorvatiya və Azərbaycan arasında iqtisadi əlaqələrin inkişafında əhəmiyyətli olacağını qeyd edən cənab Lorenç ölkəsinin turizm potensialı və bu sahədə əməkdaşlıq imkanları barədə danışmışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti