...

Azərbaycanda istehlak inflyasiyası monetar inflyasiyanı qabaqlamaqda davam edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Aprel 2014 17:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 aprel /Trend, müxbir E.Əliyev/

2014-cü ilin martında Azərbaycanda istehlak mallarının qiyməti və xidmət tarifləri əvvəlki ayla müqayisədə 0,3 faiz bahalaşıb, 2013-cü ilin I rübündə isə inflyasiya 2 faiz təşkil edib. Trend-in məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında deyilir.

Martda ərzaq mallarının qiymətləri 3,2 faiz artıb, qeyri-ərzaq malları 1,6 faiz, xidmət tarifləri isə 0,4 faiz bahalaşıb.

2013-cü ilin I rübü ilə müqayisədə cari ilin 3 ay ərzində ərzaq malları 2,2 faiz artıb, qeyri-ərzaq malları 1,8 faiz, xidmətlər sahəsində tariflər isə 3,94 faiz bahalaşıb.

Martda mal və xidmətlər çıxmaqla hesablanan, mövsümi dəyişikliklərə məruz qalan (meyvə və tərəvəzlər) istehlak qiymətlərinin bazis indeksi və dövlətin tənzimlədiyi qiymətlər əvvəlki ayla müqayisədə 0,2 faiz, ötən ilin I rübünə nisbətən isə 1,5 faiz artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti