...

"Xalq Bank" 2256 ipoteka krediti verib

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 İyul 2014 12:38 (UTC +04:00)
“Xalq Bank” ipoteka kreditləşməsi proqramı çərçivəsində 2256 ipoteka krediti vermişdir.
"Xalq Bank" 2256 ipoteka krediti verib

Azərbaycan, Bakı, 31 iyul /Trend/

"Xalq Bank" ipoteka kreditləşməsi proqramı çərçivəsində 2256 ipoteka krediti verib.

Bankdan Trend-ə verilən məlumata görə, bankın ipoteka krediti portfelinin həcmi 82,0 milyon manat həddini keçib. Bu kreditlərin 1186-sı Azərbaycan İpoteka Fondunun (AİF) xətti ilə, 1070 ipoteka krediti isə əhaliyə "Xalq Bank"ın daxili ipoteka proqramı çərçivəsində verilib.

Bankın daxili ipoteka proqramı üzrə təklif etdiyi ipoteka krediti əlverişli şərtlərinə görə əhali üçün böyük maraq doğurur. 25 ilədək müddətə verilən ipoteka kreditinin illik faiz dərəcəsi 10%-dən başlayır. Maksimal məbləği 500 min manat olan krediti hətta Azərbaycan Respublikasının qeyri-rezidenti olan şəxslər ala bilər.

Xatırladaq ki, "Xalq Bank" daxili ipoteka proqramını 2012-ci ilin may ayından başlayaraq həyata keçirir.

Hazırda "Xalq Bank" ölkədə ipoteka kreditləşməsi sahəsinin lideri mövqeyini qoruyaraq bu istiqamətdə aktiv fəaliyyətini davam etdirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti