...

Azərbaycanda yerli spirtli içkilərin və tütün məmulatlarının aksiz dərəcələri artırıldı

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Dekabr 2014 14:29 (UTC +04:00)
Bu gün Milli Məclis ölkədə istehsal olunan tütün məmulatlarının və spirtli içkilərin aksiz dərəcələrində dəyişiklikləri qəbul edib.
Azərbaycanda yerli spirtli içkilərin və tütün məmulatlarının aksiz dərəcələri artırıldı

Azərbaycan, Bakı, 30 dekabr /Trend, müxbir Azad Həsənli/

Bu gün Milli Məclis ölkədə istehsal olunan tütün məmulatlarının və spirtli içkilərin aksiz dərəcələrində dəyişiklikləri qəbul edib.

"Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında" qanun layihəsinə görə, gələn ildən spirtli içkilərin dəyərində aksiz dərəcələrinin payı artırılacaq: içməli spirt, araq, likör, tünd içkilərdə aksizin payı 2 manat, konyakın və konyak məmulatlarının dəyərində 6 manat, şampan şərabının dəyərində 2,5 manat, pivənin və digər pivə içkilərinin dəyərində isə 0,2 manat olacaq.

Hazırda spirtli içkilərin dəyərində aksizin payı belədir: içməli spirt - 0,8 manat, araq, likör, tünd içkilərdə - 0,5 manat, konyakın və konyak məmulatlarının dəyərində 0,2 manat, şampan şərabının dəyərində 0,2 manat, pivənin və digər pivə içkilərinin dəyərində 0,08 manat, şərab və şərab materiallarının dəyərində isə 0,1 manat.

Dəyişikliklərə görə, siqarlar, ucları kəsilən siqarlar və siqarillanın (nazik siqarlar) 100 ədədinin dəyərində aksizin payı 10 manat, siqaretlər və onların əvəzləyiciləri üçün isə hər min ədədinə görə 4 manat müəyyən ediləcək.

Hazırda bütün növ tütün məmulatlarının dəyərində aksizlərin payı 12,5 faiz təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti