...

Caspian European Club SOCAR-la birgə biznes-forum keçirib (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 May 2015 12:00 (UTC +04:00)
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) emal üzrə vitse-prezidenti David Məmmədovun iştirakı ilə bu gün (13 may) keçirilən Caspian European Club-un biznes-forumunda Azərbaycanda downstream sektorunun inkişaf imkanları müzakirə olunub.
Caspian European Club SOCAR-la birgə biznes-forum keçirib (FOTO)

Azərbaycan, Bakı, 14 may /Trend/

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) emal üzrə vitse-prezidenti David Məmmədovun iştirakı ilə bu gün (13 may) keçirilən Caspian European Club-un biznes-forumunda Azərbaycanda downstream sektorunun inkişaf imkanları müzakirə olunub.

Trend-in məlumatına görə, tədbirdə çıxış edən David Məmmədov neft və qaz emalı sahələrinin rekonstruksiyası, neft-kimya sənayesinin inkişafı məsələlərinə toxunub.

O vurğulayıb ki, Heydər Əliyev adına Neft Emalı Zavodu (NEZ) 2018-ci ilə kimi yenidən qurulacaq. D. Məmmədov dünya bazarında neftin qiymətinin Azərbaycanda SOCAR-ın fəaliyyətinə təsiri, SOCAR-ın fəaliyyətində nanotexnologiyaların tətbiqi, Azərbaycanda neft-qaz layihələrinin inkişafı, neft məhsullarının satışı məsələləri barədə ətraflı danışıb.

SOCAR-ın vitse-prezidenti Azərbaycanın hüdudlarından kənarda reallaşdırılan layihələrdən, xüsusilə də Türkiyə və Gürcüstanda həyata keçirilən neft-qaz və neft-kimya layihələrinin inkişafına toxunub.

Sonda biznes-forum iştirakçıları tərəfindən sözügedən mövzu ilə bağlı irəli sürülən təkliflər, həmçinin Caspian European Club şirkətlərini maraqlandıran suallar müzakirə olunub.

Biznes-forumda iştirak edən Caspian European Club-un baş icraçı direktoru Telman Əliyev Caspian Energy Forum barədə məlumat verib. O, sabit dəstəyə və Caspian European Club-un üzv şirkətləri ilə aktiv dialoqa görə SOCAR-a minnətdarlığını ifadə edib. Telman Əliyev konstruktiv dialoqa, həmçinin tədbir zamanı Caspian European Club-un üzvləri tərəfindən irəli sürülən təklif və xahişlərə göstərilən diqqətə görə David Məmmədova təşəkkürünü bildirib.

Onun sözlərinə görə, biznes-forum çərçivəsində şirkətlər onları maraqlandıran suallara cavab tapıb, SOCAR-la əməkdaşlığın yollarını müzakirə ediblər.

Növbəti Caspian Energy Forum-un Qazaxıstanın baş naziri Kərim Məsimovun sədrliyi ilə 2015-ci il sentyabrın 30-da Astanada (Qazaxıstan) keçiriləcəyini qeyd edən Telman Əliyev Caspian Energy Forum barədə məlumat verib.

O, Caspian European Club-un 2002-ci ilin iyununda Caspian Energy İnternational Media Group-un fəal iştirakı və Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən iri neft-qaz şirkətlərinin dəstəyi ilə təsis edildiyini bildirib. Caspian European Club-un sədri Azərbaycan Respublikasının Prezidenti, Zati-aliləri cənab İlham Əliyevdir. T. Əliyevin sözlərinə görə, təsis edildiyi ilk gündən Caspian European Club neft sahəsindən gələn gəlirlərin qeyri-neft sektorunun inkişafına cəlb olunmasına yardım edir. Öz sıralarında 5000-dən çox şirkəti və təşkilatı birləşdirən "Caspian European Club" dünyanın 50 ölkəsində işləyir, dövlət qurumları ilə özəl sektor arasında dialoqun qorunub saxlanması sahəsində fəal iş aparır.

Sonda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) emal üzrə vitse-prezidenti David Məmmədova Caspian European Club-un fəxri üzvü sertifikatı təqdim olunub. Caspian European Club şirkətinin biznes-forumunda Azərbaycanda akkreditə olunmuş bir sıra diplomatik idarələrin nümayəndələri və şirkətlərin rəhbərləri iştirak ediblər.

* Material, informasiya və məqalələrin dərci, video və audio süjetlərin hazırlanması zamanı Caspian European Club-un tədbirlərinə istinad etmək mütləqdir.

Əlavə məlumat üçün:

Tel./Faks: (+994 12) 447 02 36/38, 447 21 86/87

E-mail: [email protected]; [email protected]

URL: www.caspianenergy.net;

www.caspianenergy.org;

www.caspianenergyforum.com;

www.caspianenergy.info;

www.caspianenergy.photo;

www.caspianenergy.tv;

www.caspianenergy.co.uk;

www.caspianenergy.ceo;

www.award.az;

www.oil-gas.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti